Ana səhifə / Xidmətlərimiz

Xidmətlərimiz


İmaj Transport olaraq xüsusi ilə Rusiya və digər şimal ölkələri ilə ticarət əlaqələri olan şirkətlərin çox istifadə etdiyi, ağır yüklərin daşınmasında çox istifadə edilən dəmiryolu ilə daşınma xidmətini müştərilərimizə təklif edirik. Yükün çıxış nöqtəsindən təhvil anına qədər müştərilərimizi davamlı olaraq məlumatlandırmaqla yanaşı daşıma prosesini operativ şəkildə idarə edirik.

Dəmiryolu ilə daşınma yüklərin istənilən məsafələrə çatdırılmasını həyata keçirən nəqliyyat növüdür. Bu nəqliyyat növü ağır və böyük  həcmli yüklərin  daşınmasını həyata keçirir. Qeyri-qabarit yüklərin daşınması üçün xüsusi avtomobillərin cəlb olunması tələb edilirdisə, artıq Dəmir yolu ilə belə yüklərin  daşınması sadə və daha tez bir müddətdə həyata keçirilir. Bu yüklər öncədən müəyyən olunmuş vaqon və platformalara yüklənilir. Dəmir yolu daşınmalarının daha çox yayılmasına təkan verən vacib amillərdən biri də  yüksək tonajlı yüklərin və artıq xərclərin olmamasıdır. 
İnkişaf etmiş qərb dünyasının əsas nəqliyyat modellərindən ən əhəmiyyətlisi olan dəmir yolu nəqliyyatı, etibarlılığı səbəbiylə son illərdə diqqəti daha çox cəlb edən, insan asılılığını minimuma endirən bir nəqliyyat modelidir. Avtomobil daşınmalarının pis hava şəraitində asılı  olduğunu nəzərə alsaq, dəmir yolları yalnız müəyyən yüklərin deyil, bütün yüklərin daşınması üçün daha əlverişli hala gəlir.

Sürətli qiymət sorğusu

Xidmətlər haqda xüsusi qiymət təklifi almaq üçün formu doldurun