Ana səhifə / Xidmətlərimiz

Xidmətlərimiz


Dənizyolu nəqliyyatı hazırda ən sürətli və dinamik inkişaf edən nəqliyyat növlərindən biridir. Şirkətimiz günü gündən öz əməkdaşlıq şəbəkəsini genişləndirərək etibarlı və səmərəli yükdaşıma xidməti göstərir. Bu istiqamət üzrə ixtisaslaşmış komandamız sizin bütün tələblərinizi uğurla həyata keçirəcək. İmaj Transport, Uzaq Şərqdən Avropaya qədər bütün istiqamətlərə yükdaşıma xidməti göstərir. Şirkət olaraq, çıxış nöqtəsindən təhvil nöqtəsinə qədər daşıma, yükləmə və boşaltma prosesinin təşkilini və məsuliyyətini öz üzərimizə götürürük.

Dəniz yolu ilə yükdaşıma beynəlxalq ticarətlə məşğul olan şirkətlərin ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir. Okean vasitəsilə daşınan yükünüzün böyük və ya kiçikhəcmli olmasından asılı olmayaraq, dəniz daşımalarınızın vaxtında və təhlükəsiz çatdırılması, həmçinin büdcənizə qənaət olunması bizim prioritetimizdir. Dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı yükdaşıyıcının seçimi üzrə ciddi meyarlar nəzərdə tutulmuşdur. Bu meyarlara uyğun olaraq, biz beynəlxalq logistika sahəsində bütün xidmətlərimizi yüksək keyfiyyətlə həyata keçiririk.

Sürətli qiymət sorğusu

Xidmətlər haqda xüsusi qiymət təklifi almaq üçün formu doldurun