Ana səhifə / Xidmətlərimiz

Xidmətlərimiz


İmaj Transport olaraq müştərilərimizə dünyanın ən sürətli nəqliyyat vasitəsi olan təyyarə ilə beynəlxalq hava yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edirik. Dünyanın bütün qitələrinə təyyarə ilə birbaşa və ya dəniz, avtomobil, dəmiryolu və təyyarə kombinasiyaları ilə operativ şəkildə yükdaşıma əməliyyatlarını reallaşdırırıq.

Son illər sərnişin daşımaları seqmentində tələbat azaldığı halda, yük daşımaların həcmi sabit şəkildə artır. Yüklərin hava nəqliyyatı ilə daşınmasına istənilən bazar şəraitində tələbat var, çünki hava nəqliyyatı yükləri istənilən məsafəyə operativ çatdırmağa, yükün təhlükəsizliyinə zəmanət verməyə və itki, korlanma və ya oğurlanma risklərini azaltmağa imkan verir.

İmaj Transport yük aviadaşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və yükün hava yolu ilə daşınmasının dəyərinin hesablanmasını həyata keçirirlər.

İmaj Transport marşrutun məsafəsindən və xüsusiyyətlərindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq hava yolları ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.

Sürətli qiymət sorğusu

Xidmətlər haqda xüsusi qiymət təklifi almaq üçün formu doldurun